Dünya

Rusiya MSK: Putin prezident seçkilərində liderdir

18 Mart 2024 00:37
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Siyahıda ikinci yeri Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %), üçüncü yeri "Yeni insanlar"dan Vladislav Davankov (3,98%), dördüncü yeri Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%) tutub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentliyə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə səslərin hesablanması ilə bağlı məlumatlandırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.