Dünya

Belqorod atəş altında: ölənlər və yaralananlar var

16 Mart 2024 14:48
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib. Onun sözlərinə görə, şəhərin atəşə tutulması nəticəsində yeddi çoxmənzilli binaya və bir neçə sosial obyektə zərər dəyib, həmçinin 15 avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 08:00 radələrində Belqorod vilayəti üzərində səkkiz raket və üç pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.