Dünya

Ermənistanda kilsə başçısı hərbçiləri çevrilişə çağırdı

14 Mart 2024 08:26
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib.

Milli.Az Caliber.az-a istinadən xəbər verir ki, o, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb.

"Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram", - deyə o bəyan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.