Dünya

Rusiyada tikinti materialları olan anbarda güclü yanğın baş verdi - FOTOlar

11 Mart 2024 22:53
Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiyanın paytaxtı Moskvanın Rodniki ərazisində tikinti materialları olan anbarda yanğın baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti "Telegram"da məlumat yayıb.

Milli.Az xəbər verir ki, yanğın 1000 kvadratmetrə yaxın ərazini əhatə edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tələfat yoxdur.

Sonradan məlum olub ki, anbarda baş verən yanğın zamanı dam örtüyü uçub. Bundan əlavə, yanacaq və sürtkü ilə dolu konteyner 400 kvadratmetr əraziyə dağılıb və alovlanıb. 

Həmçinin, xilasedicilərin sözlərinə görə, yanğın qonşu inzibati binaya də (100 kv.m əraziyə) keçib. Havadakı zərərli maddələrin ölçülməsinə nəzarət etmək üçün hadisə yerinə səyyar laboratoriya göndərilib.

Saat 11:30-da (Bakı vaxtı ilə) Fövqəladə Hallar Nazirliyi yanğınsöndürənlərin yanğını lokallaşdırmağa müvəffəq olduğunu, yanğının ümumi ərazisinin 970 kvadratmetr olduğunu bildirib.

Rusiyanın "SHOT" nəşrinin məlumatına görə, yanğın söndürülməmiş siqaret kötüyü səbəbindən baş verib.

"Ətrafında benzin, boya və taxta məmulatları olan qablar olmasına baxmayaraq, işçilər mütəmadi olaraq anqarda siqaret çəkirdilər. Yanğın zamanı içəridə 8 nəfər qalsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.