Dünya

ABŞ bu ölkəyə dəniz piyadalarını göndərə bilər

10 Mart 2024 08:30
Baxış: 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Haitidə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar bu ölkəyə dəniz piyadaları göndərməyi düşünür.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Marine Corps Times" hərbi rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Port-o-Prinsdəki səfirliyindən təhlükəsizlik dəstəyi tələb edilərsə, dəniz piyadaları bölgəyə yeridiləcək.

Nəşr xatırladı bki, ABŞ-ın Haitidəki səfirliyi amerikalıları mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Qeyd edək ki, Haitidə Prezident sarayına hücum olub. Silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına da hücum ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.