Dünya

Ərdoğan: Martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq

9 Mart 2024 00:52
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək"-deyə, o bildirib.

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəlib.

O, 52,18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib. Nəticədə Ərdoğan ölkəni 5 il idarə etmək hüququ əldə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.