Dünya

Helikopter qəzası: 6 nəfər okeana düşdü

29 Fevral 2024 15:35
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 28-də Norveçin qərbində 6 nəfərin olduğu helikopterin okeana düşdüyü və göyərtəsində olanların hamısının daha sonra çıxarıldığı açıqlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Haukeland Universiteti Xəstəxanası qəzadan təsirlənən altı nəfərin hamısına yardım göstərildiyi, lakin onların sağlamlıq vəziyyətinin hazırda bəlli olmadığını bildirib.

Polisin jurnalistlərə verdiyi açıqlamada vertolyotun "Sikorsky S-92" modeli olduğu, qəzaya nəyin şərait yaratdığının bəlli olmadığı bildirilib.

Xilasetmə xidmətinin rəsmisi TV2 telekanalına qəza zamanı bölgədə güclü külək olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.