Dünya

Müəllim şagirdi ilə maşında əxlaqsızlıq edərkən tutuldu

16 Fevral 2024 05:05
Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Penza şəhər gimnaziyasında 22 yaşlı riyaziyyat müəllimi ilə 15 yaşlı səkkizinci sinif şagirdi arasında intim münasibətlər yaşanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qadın müəllim polisə ərizə yazaraq günahını etiraf edib və azyaşlının ondan susması üçün bir milyon rubl tələb etdiyini bildirib.

Məlumata görə, cinsi yaxınlıq müəllimin avtomobilində baş verib. Bir neçə görüşdən sonra onlar ayrılıblar. Lakin fevralın əvvəlində yeniyetmə müəllimə mesajlar yazmağa başlayıb və onu şantaj edib.

Bu işə oğlanın anası da qoşulub.

Müəllim hadisəni daha gizlədə bilməyəcəyini anlayıb və polisə ərizə yazıb. Həqiqət üzə çıxandan sonra müəllimə qarşı cinayət işi açılıb. Onu 4 ilə qədər həbs gözləyir. Məktəblinin və anasının pul tələb etdiklərinə görə cəzalandırılıb-cəzalandırılmayacağı isə hələlik bəlli deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.