Dünya

Britaniya ordusu müharibəyə hazır deyil - Xəbərdarlıq

4 Fevral 2024 19:57
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya parlamentinin deputatları xəbərdarlıq ediblər ki, ölkənin silahlı qüvvələri qlobal qeyri-sabitliyin artdığı bir vaxtda yüksək intensivlikli müharibəyə hazır deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

"Hökumət personal və avadanlıq çatışmazlığını aradan qaldırmasa, Britaniya ordusu zəif hazırlıqlı qalacaq. Eyni zamanda, orduda kadr problemləri də var. Silahlı Qüvvələri tərk edənlərin sayı orduya daxil olanlardan daha çoxdur",- məlumatda deyilir.

Qanunvericiləri narahat edən başqa bir məsələ odur ki, ötən ilin büdcəsində silah-sursat ehtiyatlarının artırılması üçün ayrılan 1,95 milyard funt-sterlinq (2,28 milyard avro) ordunun imkanlarını artırmaq və gücləndirməkdənsə, mövcud resurs çatışmazlığını ödəmək üçün istifadə oluna bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.