Dünya

Türkiyədə zəlzələ bölgəsində 2 ayda 75 min ev təhvil veriləcək

3 Fevral 2024 21:05
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələ baş vermiş ərazilərdə fevralın ilk 10 günündə 45 min 901 ev üçün püşkatma olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Xəbər" məlumat yayıb.

Məlumata görə, zəlzələ bölgəsində 2 ayda 75 min, ilin sonuna qədər isə 200 min ev təhvil veriləcək.

Zəlzələlərdən təsirlənən 11 şəhərdə aparılan hesablamalara görə, 680 mini yaşayış və 170 min iş yeri olmaqla cəmi 850 min tikinti ciddi ziyan görərək istifadəyə yararsız hala düşüb. Əsrin fəlakətinin orta dəyəri isə 104 milyard dollar olaraq təyin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.