Dünya

Zalujnının işdən çıxarılması rəsmən təkzib olundu

29 Yanvar 2024 23:13
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbərlər təkzib olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Hörmətli jurnalistlər, biz hamıya dərhal cavab veririk: Xeyr, bu doğru deyil", - Ukrayna MN açıqlamasında bildirib.

Bundan əlavə, Prezidentin mətbuat katibi Sergey Nikiforov da Zalujnının işdən çıxarılması xəbərini təkzib edib.

Qeyd edək ki, bu gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılıb.

Hətta Zalujnıdan sonra onun vəzifəsini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun tutacağı bildirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.