Dünya

Fransada taksi sürücüləri də etiraz aksiyasına başladı

29 Yanvar 2024 18:22
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada taksi sürücüləri də etirazlarını ifadə etmək üçün yanvarın 29-dan etibarən ölkənin bir sıra şəhərlərində "ilbiz" (escargot) əməliyyatına (nəqliyyatın hərəkətinə mane olmaq, uzun tıxaclar yaratmaq) başlayacaqlarını bildiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, taksi sürücüləri peşələri və Tibbi Sığorta Milli Fondu (CNAM) arasında tibbi nəqliyyatla bağlı sazişin geri götürülməsini tələb edirlər. Fevralın 1-də qüvvəyə minməli olan bu sazişin təfərrüatı hələ məlum deyil, lakin o, pasiyentlərin nəqliyyat xərclərini ödəmək üçün qiymətləri əhəmiyyətli dərəcədə dəyişdirir.

Bildirilir ki, Bordo dairəvi yolunda 500-dən 800-dək taksinin toplaşması gözlənilir. Onlara Jirond, Şarant-Maritim, Land, Lo-e-Qaron, Yuxarı Priney, Pireney və Atlantik şəhərlərindən olan həmkarları da qoşulacaq. Aksiyadan sonra taksilər şəhərlərin mərkəzində Prefekturanın qarşısında toplaşacaq. Tuluzda taksilər səhər saat 06:00-dan Blanyak hava limanına gedən yolu blokadaya almaq üçün səfərbər edilib.

Ölkənin 20-dən çox şəhərində taksilər hava limanlarına, eləcə də dəmir yolu vağzallarına gedən yolları blokadaya alıblar. Lion, Marsel, Nitsa, Monpelye, Tulon, Möz kimi bir çox şəhərlərdə bu gün səhərdən "ilbiz" əməliyyatlarına görə nəqliyyatın hərəkətində problemlər yaranıb. Ölkə ərazisindən keçən A7, A55, A50 kimi magistral avtomobil yolları blokadaya alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.