Dünya

İdmançının həyat yoldaşı və qızı faciəvi şəkildə öldü

25 Yanvar 2024 17:36
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 23-də Xarkova edilən raket hücumu nəticəsində Rusiya Federasiyasının tammiqyaslı işğalının əvvəlindən Ukrayna Silahlı Qüvvələrinə qoşulmuş reqbiçi Vladimir Maşkinin həyat yoldaşı və 8 yaşlı qızı ölüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının Gənclər və İdman İşləri İdarəsi məlumat yayıb.

"Yanvarın 23-də Xarkov "Legion XIII" reqbi klubunun oyunçusu, reqbi və reqbi liqası üzrə idman ustası, Ukraynanın reqbi üzrə milli liqa komandasının oyunçusu Vladimir Maşkinin ailəsində böyük kədər baş verib. Atılan raket Vladimirin ailəsi ilə birlikdə yaşadığı evə düşüb", - mesajda deyilir.

Qeyd olunur ki, mənzili tamamilə dağıdan partlayış nəticəsində bir qadın və idmançının 8 yaşlı qızı həlak olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.