Dünya

Lavrov İsrailə çağırış etdi

24 Yanvar 2024 10:58
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İsraili Suriyaya hücumları dayandırmağa çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin "CBS" telekanalına müsahibəsində danışıb. 

"Biz israilliləri Dəməşq və Hələb hava limanları da daxil olmaqla, Suriyaya hücumları dayandırmağa çağırırıq. Bu, yeri gəlmişkən, humanitar yardımın çatdırılmasına əngəl olur. Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə ofisi raketlə vurulub. Belə görünür, onlar İsrail raketləri ilə vurulub". 

Xatırladaq ki, Suriya mediası yanvarın 20-si Dəməşqdə partlayış səslərinin eşidildiyini, İsrailin Al-Mezza bölgəsində binaya zərbə endirdiyini yazıb. SEPAH isə hadisə zamanı korpusun 5 müşavirinin öldüyünü açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.