Dünya

Seysmoloqlardan dağıdıcı zəlzələ XƏBƏRDARLIĞI - Tarix AÇIQLANDI

18 Yanvar 2024 15:57
Baxış: 4 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər Rumıniyanın şərqindəki Vrança seysmik zonası ilə bağlı xəbərdarlıq edib.

Milli.Az sfera.az-a istinadən bildirir ki, sözügedən ərazidə toplandığı iddia edilən tektonik gərginlik seysmoloqlar arasında müzakirə obyekti olub. Qeyd edilib ki, zəlzələ baş verərsə, bu, Ukrayna, o cümlədən Rusiyanın cənubu (Krım, Qafqaz), Türkiyə və ona bitişik ölkələrə təsir edəcək.

"Seysmoloqlar hələ ki, mümkün fəlakətin vaxtı ilə bağlı heç bir konkret məlumata malik deyillər. Mütəxəssislər dağıdıcı zəlzələnin iki-üç ay və ya iki ilə mümkün olduğunu deyirlər. Prinsipcə, Vrança zonasında güclü zəlzələlər baş verir və bu, xeyli uzaq məsafələrdə hiss olunur.

Orada ən güclü zəlzələ 1976-cı ildə olub. Ondan əvvəl isə 1802 və 1940-cı illərdə superzəlzələlər baş verib", - "AB News"da qeyd olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.