Dünya

Güclü qar onlarla insanın ölümünə səbəb oldu

18 Yanvar 2024 11:45
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 6 gündə ABŞ-nin müxtəlif ərazilərində yağan güclü qar nəticəsində onlarla insan ölüb.

Milli.Az bildirir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Yanvarın 12-dən davam edən qar yağışı və ölkənin müxtəlif bölgələrində 6 ştatdakı şaxtalı hava səbəbindən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 21-ə çatdığı bildirilir.

Səhiyyə qurumları və yerli orqanlar Tennessi ştatında 7 nəfərin öldüyü bildiriblər. Digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhəddəki Buffalo şəhərində qarın hündürlüyünün 75 santimetri ötdüyünü, nəqliyyat vasitələrinin hərəkətinin demək olar, qeyri-mümkün olduğunu, küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.

Uçuş qrafikini izləyən "FlightAware" saytının məlumatına görə, bu gün ABŞ-də 1 090 reys ləğv edilib, 4 min 221 reys gecikib.

ABŞ-də elektrik kəsilməsi statistikasını əks etdirən "Poweroutages" saytında bu gün ölkənin üç ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.