Dünya

Bill Qeyts süni intellektdən danışdı

17 Yanvar 2024 23:23
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Süni intellekt 5 ildən sonra həyatımızı kökündən dəyişəcək".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikri "Microsoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts Davos Ümumdünya İqtisadi Forumundakı çıxışında bildirib.

O, 1900-cü illərin əvvəlində dünya əhalisinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğu bir zamanda, texnologiyaların insanlarda qorxu hissi yaratdığını yada salıb. Onu da əlavə edib ki, məhz həmin dövrdə yeni profilli iş yerləri meydana çıxıb.

Bildirib ki, süni intellekt vasitəsilə məşğulluğun ən müasir yönləri yaranacaq.

Qeyts bütün bu fəaliyyətləri tənzimləyəcək yüksəkixtisaslı kadrların vacibliyini də diqqətə çatdırıb. .

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.