Dünya

Baydenin səbr KASASI DOLUR: Ağ Ev Netanyahudan niyə narazıdır?

14 Yanvar 2024 23:20
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden və onun köməkçiləri İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı vəziyyətlə bağlı Amerikanın tövsiyələrinə əməl etməkdən imtina etməsindən getdikcə daha çox narazıdırlar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.

"Prezident Bayden və digər ABŞ rəsmiləri Netanyahudan və onun Qəzzadakı müharibə ilə bağlı ABŞ-ın son sorğularının əksəriyyətini rədd etməsindən qıcıqlanırlar", - mənbə bildirib.

ABŞ administrasiyasındakı bir mənbə "prezidentin səbrinin tükəndiyini", digəri isə Vaşinqtonun "böyük məyusluq yaşadığın"ı bildirir.

Bundan əvvəl Co Bayden İordan çayının qərb sahili və Qəzza zolağına humanitar yardım üçün yüz milyard dollar ayrıldığını açıqlamışdı. O, beynəlxalq ictimaiyyəti Qızıl Xaç Cəmiyyətinin münaqişə zonasında regiondakı xəstəxanalara çıxışını təmin etməyə, habelə humanitar yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlər yaratmağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.