Dünya

Qallant Netanyahuya əsəbiləşdi, iclası tərk etdi

14 Yanvar 2024 18:37
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin müdafiə naziri Yoav Qallant Baş nazir Binyamin Netanyahu ilə münaqişədən sonra Tel-Əvivdəki "Kirya" hərbi bazasında keçirilən hərbi kabinetin iclasını tərk edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Nəşrin məlumatına görə, Qalant köməkçilərinin görüşə buraxılmamasından narazı olub. Halbuki Netanyahunun köməkçilərinin iclasda iştirakına icazə verilib.

"Mənə işləməyə mane olmağı dayandırın", - Qallant Netanyahu və milli təhlükəsizlik müşaviri Tsaxi Aneqbiyə acırla səslənərək, iclası tərk edib.

Bildirilib ki, daha sonra Qallant iclasa geri qayıdıb və gizli müşavirədə iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.