Dünya

Avropada dizaynına görə külli miqdarda pul MƏHV EDİLDİ

13 Yanvar 2024 21:13
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada külli miqdarda pul səhv dizayn edildiyinə görə məhv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fransa hakimiyyətinin bununla bağlı verdiyi qərar barədə mətbuatda məlumat yayılıb.

Noyabrda ölkənin "Monnaie de Paris" sikkə evi üzərində yeni rəsm olan 10, 20 və 50 sent nominalında 27 milyon sikkə buraxıb. Lakin onların dizaynı Avropa Komissiyası (Aİ) tərəfindən təsdiqlənməyib. Sonradan məlum olub ki, pulun üzərindəki Aİ bayrağındakı ulduzların təsvirləri tələblərə cavab vermir.

Fransa İqtisadiyyat Nazirliyinin rəsmisi "Monnaie"nin Fransa administrasiyasının bir hissəsi deyil, muxtar publik şirkət olduğunu bildirib. Buna görə də, sikkələrin zərb edilməsi xərclərini şirkət öz üzərinə götürəcək və sıravi vergi ödəyiciləri bunun üçün pul ödəməli olmayacaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.