Dünya

Ananın oğluna verdiyi qəddar cəza görənləri hiddətləndirdi - FOTOlar

13 Yanvar 2024 18:53
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yekaterinburq şəhərində ana öz oğlunu şaxtalı havada ayaqqabısız, təkcə corabda küçədə gəzməyə məcbur edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bölgə sakinləri gördükləri mənzərədən hiddətləniblər. Ana ayağında ayaqqabısı olmayan uşağa -23 dərəcə şaxtada və küləkli havada iti gəzdirməsini əmr edib.

Hıçqıraraq ağlayan uşaq ona soyuq olduğunu və ayaqlarının donaraq qopacağını desə də, qadın buna məhəl qoymayıb. "Yox, sadəcə xəstələnəcəksən", - deyə qadın oğluna əsəbiləşib.

Şahidlərin dediyinə görə, ana oğluna qarşı nalayiq sözlər işlədib və iti uzun müddət gəzdirdiyi üçün onu söyüb.

"İtin ayaqları donub! Onu sənə hədiyyə etdik ki, öldürəsən?" - deyə qadın qışqırıb.

Öz oğlunun sağlamlığı isə qadını qəti şəkildə narahat etməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.