Dünya

Türk əsgərləri şəhid edildi: Ərdoğan TŞ-ni çağırdı

13 Yanvar 2024 08:43
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İstanbulda Dolmabağça Sarayında təhlükəsizlik məsələləri ilə əlaqədar iclas keçiriləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun deyib.

O, İraqda 6 türk əsgərinin şəhid olmasından sonra Türkiyə dövlət rəhbərinin bu yöndə qərar verdiyini bildirib.

İclasda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əl Yerliqaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Mətin Gürak, Milli İstehbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək.

Qeyd edək ki, İraqda "Pəncə-Kilid" əməliyyatı zonasında 6 türk hərbçisi şəhid olub, 7-i yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.