Dünya

Ərdoğan və Putin arasında anlaşma – “Bundan sonra...”

11 Yanvar 2024 12:43
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığının yaxın vaxtlarda baş tutacağı ehtimal edilir, söhbətin vaxtı hələlik açıqlanmır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə Türkiyə liderinin administrasiyasından məlumat verilib.

"Ölkələrimizin rəhbərləri, müvafiq qurumlar daimi təmasdadırlar və dövlət başçıları arasında güvənli münasibətlər yaranıb. Danışıqlara gəlincə, artıq sizə bildirmişik ki, liderlərin şəxsi görüşü razılaşdırılır. Yaxın vaxtlarda telefon danışıqlarına gəlincə, hələlik konkret tarixi açıqlamırıq", - agentliyin həmsöhbəti bildirib.

Mənbə zərurət yaranacağı halda liderlərin tez-tez telefon əlaqəsi saxlamaq barədə anlaşmasına dair Kremldən verilən açıqlamaya da diqqət çəkib.

Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl demişdi ki, Putin və Ərdoğan arasında daim ünsiyyətə ehtiyac var, onların görüşünün vaxtı hələ müəyyən edilməyib. Onun sözlərinə görə, zərurət yaranarsa, iki ölkə liderləri bir-birinə tez-tez zəng edə, saatlarla danışa və razılığa gəlmək olar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.