Dünya

Polşanın keçmiş DİN rəhbəri Varşavada Prezident Sarayında saxlanılıb

10 Yanvar 2024 07:16
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski və müavini Maçey Vonsik Varşavada Prezident Sarayında saxlanılıb.

Milli.Az report.az-a istinadən verdiyi məlumata görə, sabiq məmurların saxlanması ölkə Prezidenti Andjey Dudanın iştirakı olmadan baş tutub.

Dövlət başçısı Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşdə olub. Duda Prezident Sarayına qayıtdıqdan sonra Kaminski və Vonsiklə danışıq aparmalı idi.

Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Maçey Vonsikin deputat mandatlarından məhrum edildiyi bildirilirdi. Polşa KİV-lərinin məlumatına görə, 2015-ci ilin martında Varşava-Sredmestye Dairə Məhkəməsi Kaminski və Vonsiki vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edib. Lakin daha sonra prezident kimi fəaliyyətə başlayan Andjey Duda hüquq normalarına zidd olaraq Kaminski və Vonsiki əfv edib.

2023-cü ilin iyununda Polşa məhkəməsi Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin işlərinin dayandırılmasını ləğv edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.