Dünya

Kişi yuxuda gördüyü qızılı axtarmaq üçün qazdığı 40 metrlik quyuda öldü - FOTOlar

14 Yanvar 2024 13:00
Baxış: 1 225
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Braziliyanın yaşlı sakini mətbəxinin altında qazılmış təxminən 40 metr dərinliyi olan quyuya düşərək ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dərinlikdə qızılın gizlədildiyini güman etdiyi üçün adam özü quyunu qazıb və həmçinin bunun üçün işçiləri cəlb edib.

Kişinin qonşuları kiminsə yuxuda ona evin altında qızıl olduğunu dediyini bildiriblər. 71 yaşlı braziliyalı quyu qazmağa başlayıb, daha sonra isə tarazlığını saxlaya bilmədiyi üçün quyuya yıxılıb.

Quyunun diametrinin təxminən 90 sm olduğu qeyd edilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.