Dünya

“Bizi bir gecədə yeyərlər” - Vuçiç

7 Yanvar 2024 20:55
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müasir tanklarımız var, amma əsgərimiz yoxdur. Ordu olmasa, dövlət də olmaz, bizi bir gecədə yeyərlər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç yerli televiziya kanalına müsahibəsində deyib.

Serb lider orduya verdiyi əhəmiyyətlə bağlı açıqlamalar verib:

"Bizim üçün Serbiyaya yeni texnika gətirmək çətindir, çünki heç kim hərbi cəhətdən neytral ölkənin bu qədər tez güc qazanmasına imkan verməyəcək. Biz 12 yeni müasir avadanlıq almaq prosesindəyik". 

Vuçiç son vaxtlar ölkədə hərbi xidmətin məcburi edilməsi cəhdlərinə də toxunaraq, "Pulumuz var, tək sual insanımız olub-olmamasıdır. Bu gün tank baxımından super gücümüz var, çoxlu tankımız var, amma problem ondadır ki, bizim kifayət qədər hərbçimiz yoxdur. Serbiyanın cənubu bütün ölkəni əhatə edir. Oranı müdafiə edə bilmirik" , - deyə dövlət başçısı qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.