Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 120 nəfəri ötdü

7 Yanvar 2024 10:23
Baxış: 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada həftənin əvvəlində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. Daha 210 nəfər hələ də itkin düşmüş hesab

olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Zəlzələdən zərər çəkən İşikava prefekturasında xilasetmə işləri davam edir, lakin dağılmış yollar və hava şəraiti onlara mane olur. Sinoptiklər rayonda yağış, ardınca qar yağacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.