Dünya

Seuldən Pxenyana xəbərdarlıq: Müharibəyə başlayacağıq

6 Yanvar 2024 21:13
Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreya Cənubi Koreya əhalisini təhdid etməyə davam edərsə, ordumuz hərbi əməliyyatlara əl atacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.

"Şimali Koreyanın artilleriya atəşini davam etdirməsi gərginliyin artmasına səbəb olur və Koreya yarımadasında sülhü təhdid edir. Əgər Şimali Koreya əhalimizi artilleriya atəşi ilə hədələməkdə davam edərsə, silahlı qüvvələrimiz də lazımi hərbi tədbirləri görəcək", - komitənin açıqlamasında deyilir.

Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.