Dünya

Məşhur geoloqdan zəlzələ xəbərdarlığı - 24 vilayət və yüzlərlə rayon...

4 Yanvar 2024 23:29
Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cəmi 2 il əvvəl Türkiyədə 200-250 fayın olduğu bilinirdi. Hazırda aktiv fayların sayı 500-ə çatıb. 24 əyalət və yüzlərlə rayon bu fayların üzərində yerləşir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Geologiya Mühəndisləri Odası İzmir Şöbəsinin sədri Koray Çetin Onalan deyib.

Onun sözlərinə görə, Türkiyədə 2 min ildir zəlzələ yaratmayan, amma müddəti bitən faylar var:

"Əvvəllər bu haqda bilmirdik. Zəlzələ olmayacağını düşündüyümüz yerlərdə faylar hərəkətə keçdi, zəlzələlər başladı".

Geoloq bildirib ki, Türkiyədə zəlzələlər nəticəsində bir əsrdə 200 minə yaxın insan həyatını itirib.

O, yaşayış sahələrinin planlaşdırılması zamanı geoloji şərtlərin nəzərə alınmasının vacibliyini xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.