Dünya

Ukraynada 6 minə yaxın əcnəbi əsgər öldürülüb - Rusiya MN

4 Yanvar 2024 16:17
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ordusunun sıralarında döyüşən 6 minə yaxın əcnəbi muzdlu məhv edilib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müharibə zamanı Ukraynaya 13,5 mindən çox xarici muzdlu əsgər gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerikadan, 220-dən çoxu isə Afrikadan gəlib.

Rusiya qoşunları xüsusi hərbi əməliyyat zamanı 5,9 mindən çox muzdlu əsgəri məhv edib, 5,6 mindən çox muzdlu Ukraynanı tərk edib.

Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 1,9 mindən çox əcnəbi muzdlu döyüşür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.