Dünya

Britaniyada ilin qadını seçilən azərbaycanlı vəfat etdi

3 Yanvar 2024 13:13
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya və dünyada tanınan xeyriyyəçilərdən olan azərbaycanlı xanım Kamila Batmanqlıç dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Qardian" qəzeti məlumat yayıb.

Bildirilib ki, 61 yaşlı xeyriyyəçi uzun sürən xəstəlikdən sonra yanvarın 1-də vəfat edib.

Qeyd edək ki, Kamila Batmanqlıç 1 yanvar 1963-cü ildə Tehran şəhərində tanınmış ailədə anadan olub.

O, İranın o dövrdə ən məşhur sərmayəçi və iş adamlarından olan azərbaycanlı Fridun Batmanqlıçın qızıdır.

12 yaşında İranı tərk edərək təhsil üçün Britaniyaya gedən Kamila ölkədə baş verən inqilab və bunun fonunda sərvətinin müsadirə edilməsi səbəbindən bir daha geri qayıtmayıb.

Britaniyada kimsəsiz uşaqlara yardım xeyriyyə cəmiyyəti təsis edən Kamila Batmanqlıç 11 min uşağa himayədarlıq edib.

O, geniş maddi imkanının olmasına baxmayaraq, Londonun ən yoxsul məhəllələrindən birində yaşadığı və daima kimsəsiz, yoxsul uşaqların qayğısına qaldığına görə "Pekham məhəlləsinin mələyi" adlandırılıb.

Batmanqlıç 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınlarının siyahısına düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.