Dünya

Avropa ölkələri bu səbəbdən 5 milyard avro itirir

2 Yanvar 2024 15:57
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa ölkələri 2024-cü ilin fevralına qədər koronavirus peyvəndlərinin istifadə müddəti bitdiyinə görə 2,2 milyard dollar itirə bilər. Bu barədə "Financial Times" Airfinity analitik qrupunun məlumatlarına istinadən məlumat yayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qəzetin yaydığı məlumata görə, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın Pfizer şirkətinin vaxtı keçmiş "Paxlovid" peyvəndləri səbəbindən artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyon dozaya çatacaq. Bu fenomen əhalinin dərman vasitələrinə çıxışına ciddi nəzarət və bazar ehtiyaclarının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir. Airfinity analitiki Marko Galloto dərmanın həddindən artıq tədarükünün səbəbini belə izah edir: "Hökumətlər yüksək effektiv antiviral dərman əldə etməkdə maraqlı idilər və bir çox naməlum amilləri nəzərə almaqla tələbi qiymətləndirmək kimi çətin vəzifə ilə üzləşdilər".

Pfizer həmçinin vaxtı keçmiş peyvəndlərin kütləvi şəkildə utilizasiyasını "pandemiyanın qaçılmaz nəticəsi, istehsalçıların və hökumətlərin öz əhalisini qorumaq üçün ictimai sağlamlıq böhranını mümkün qədər tez aradan qaldırmaq üçün birlikdə işləməsinin təbii nəticəsi" adlandırır.

Dekabrın 18-də "Politico" nəşri Aİ ölkələrinin müddəti bitdiyinə və ehtiyac olmadığına görə 4 milyard avro dəyərində ən azı 215 milyon doza COVID-19 peyvəndini məhv etdiyini yazmışdı.

Qeyd edək ki, məhz inkişaf etmiş ölkələrin koronavirus peyvəndlərini kütləvi şəkildə alması nəticəsində aşağı gəlirli ölkələr üçün onlar əlçatmaz olmuşdu...

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.