Dünya

Almanlardan Ərdoğan etirafı: “Bu əmri hesabımızı pozdu”

29 Dekabr 2023 20:08
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu sosial şəbəkədə paylaşdığı yeni "Anka-3" dronu Almaniya mətbuatının diqqətini çəkib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, alman nəşrləri Türkiyə liderinin silahlanma əmrinin Qərbin hesabını pozduğunu iddia edir.

"Anka-3" pilotsuz döyüş təyyarəsinin ilk uçuşu dünən baş tutub.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə PUA-nın ilk uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb. Bundan sonra Almaniya mətbuatı "Anka-3" haqda yazmağa başlayıb.

"Die Welt" qəzetinin əməkdaşı Gerhard Heqman yazır:

"Bir neçə il əvvəl Prezident Ərdoğan Türkiyənin silahlandırılması əmrini vermişdi. Proqram texnoloji cəhətdən uğurludur, bunu hazırkı döyüş təyyarəsi nümayişi sübut edir. Qərbin hesablamalarının işləmədiyini göstərmək üçün çox şey var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.