Dünya

Zəlzələ açıqlaması: Qaçmaq şansı yoxdur

27 Dekabr 2023 09:43
Baxış: 1 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəlzələ üzrə alim, Prof. Dr. Naci Görürün bir neçə ay fərqlə Gemliklə bağlı verdiyi açıqlamalar çaşqınlıq yaradıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, iyul ayında Gemlikdə keçirilən seminarda danışan Görür canlı aktiv fayların keçdiyini deyib: "Nəyə, hara köçəcəyik? Gemlik və İstanbulu hara köçürəcəyik? Mərmərə, Tekirdağ, Dənizli bölgəsini hara köçürəcəyik? Bu, qəribə bir şeydir. Bu, bir az da cahilllikdir".

Seysmoloq iki həftə əvvəl televiziya proqramında Gemlik haqqında qətiliklə daşınmaqla, aylar öncə dediklərini təkzib edib. Bu da beyinlərdə sual yaradıb. Seysmoloq bu dəfə iddia edib ki, Cemlik köçürülməlidir. hətta bunun üçün planın da olduğunu bildiurib:

"Hökumətimiz bunu proqnozlaşdırmışdı. Düşünürəm ki, qanun qəbul ediblər. Gemliyi köçürmək qərarına gəldilər. Sonra hansısa siyasi işlərlə məşğul oldular, o işdən əl çəkdilər. Gemlik mütləq köçürülməlidir. Gemlik hər iki qırılma üzərində, yəni Geyve-İznik-Gemlikdən Şimali Anadolu Fayının cənub qolunda yerləşir. Beləliklə, qaçmaq şansı yoxdur. Məncə, orada birmərtəbəli evlər olsa, daha yaxşı olardı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.