Dünya

Paşinyan fəlakətə səbəb olacaq qumar oynayır

27 Dekabr 2023 00:25
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyan dünən Sankt-Peterburqda bildirdi ki, Aİİ siyasi və xüsusən də geosiyasi gündəmi olmayan iqtisadi birlikdir. Əslində, Paşinyanın beynəlxalq münasibətlərlə bağlı düzgün olmayan fikirləri var. İqtisadi cəhətdən bir struktura inteqrasiya olunaraq təhlükəsizlik problemlərinin həllini başqa sistemdə görmək mümkün deyil. Bunun xarici siyasətin şaxələndirilməsi ilə heç bir əlaqəsi yoxdur, bu, fəlakətə səbəb ola biləcək ümumi qumardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

"NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kolomina Paşinyanın Sankt-Peterburqa səfəri fonunda, "Ermənistan xarici siyasətini dəyişmək və Moskvadan uzaq durmaq barədə aydın qərar verib", - deyə açıqlama yaydı. Kolomina havadan belə bir açıqlama verməzdi. Ermənistan müxtəlif geosiyasi mərkəzləri çaşdırmağa çalışır. Yenə deyirəm, bunun nə xarici siyasətə, nə təhlükəsizlik sisteminə, nə də iqtisadiyyatın şaxələndirilməsinə aidiyyəti var, bu, sadəcə olaraq, gündəmin olmamasının və təhlükəli avantüranın nəticəsidir", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.