Dünya

“Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik” - Ərdoğan

26 Dekabr 2023 01:03
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mehmet Akif Ersoyun Anım mərasimindəki çıxışı zamanı deyib.

"Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə, gələcəyimizi qorumağa davam edəcəyik. Sosial terror aktlarına qarşı hamımız daha dəqiq mövqe tutmalıyıq",- deyib.

Ərdoğan sözlərini belə davam etdirib:

"Terrorçu ilə eyni dili danışan hər kəs terrorçuya olunan münasibətlə qarşılaşacaq. Demokratiyamızın imkanlarından istifadə edərək dövlətin, millətin və milli iradənin pusquya salınmasına heç vaxt icazə verməyəcəyik. Siyasi fəaliyyət göstərənlərə müraciət edirik, onlar millətin təmsilçisi olmaq əvəzinə separatçı təşkilatın uzantılarıdırlar. Bunlar öz iradəsi olmayan siyasi kuklalardır".

Türkiyə lideri parlament toxunulmazlığını, siyasi və hüquqi əsasları meyar götürərək, terroru dəstəkləyənlərə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.