Dünya

Sandu yenidən Moldova prezidenti seçilmək niyyətində olduğunu açıqladı

24 Dekabr 2023 19:12
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova prezidenti Maya Sandu 2024-cü ildə yenidən dövlət başçısı seçilmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə report.az Moldova prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Mən Avropaya inteqrasiya missiyasını yerinə yetirmək üçün əlimdən gələni etməyə sadiqəm. Biz bu kursa üzv ölkələrdən dəstək almışıq və uğur qazanmaq üçün əziz moldovalılar, sizin dəstəyinizə ehtiyacımız var. Hələ atmalı olduğumuz çox mühüm addımlarımız var və 2024-cü ildə yeni mandat alacağınıza inamınız varsa, davam etməyə hazıram"-deyə, o bildirib.

Qeyd edək ki, Sandu ikinci turda ölkənin o vaxtkı prezidenti İqor Dodona qalib gələrək 2020-ci il prezident seçkilərinin qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.