Dünya

Ticarət mərkəzində ATIŞMA: ölən var

24 Dekabr 2023 09:29
Baxış: 1 105
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az Lent.az-a istinadla bildirir ki, bu barədə şəhər polisi "Х" sosial şəbəkəsində yazıb.

Polisin verdiyi məlumata əsasən, bir kişi ölüb, digər qadın isə yaralanaraq xəstəxanaya aparılıb.

Həmçinin atışmanın "məqsədli şəkildə" ola biləcəyi və şübhəlinin qaçdığı ehtimal edilir. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.