Dünya

Türkiyədə GƏRGİN ANLAR: Sürücünü girov götürdü, nazirlə görüş tələb etdi - VİDEO

23 Dekabr 2023 22:23
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəda Şimali Mərmərə avtomagistralında naməlum şəxs TIR sürücüsünü girov götürüb və daxili işlər naziri Əli Yerlikaya ilə görüş tələb edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Bildirilib ki, jandarma patrulu magistral yola çıxan yük maşını saxlamaq istəyib. Lakin həmin şəxs jandarama nəfərlərini silahla hədələməyə başlayıb və sürücüdən maşını idarə etməyə davam etməsini tələb edib.

Jandarm nəfərləri havaya atəş açmağa başlayıb və maşını saxlayıblar. Magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə əlavə hüquq-mühafizə bölmələri göndərilib.

Girov götürən şəxs sosial şəbəkələrdə videoyayımlayaraq Daxili İşlər Nazirliyinin rəhbərindən onun əhvalatını başa düşməsini tələb edib, həmçinin ruhi xəstə olmadığını bildirib.

"Məni aldatdılar, öldürmək istədilər, məndə bu məlumat var", - o deyib.

Son məlumata görə, onun istəyi yerinə yetirilib, DİN rəhbəri onunla telefonla danışıb. Bundan sonra o, silahı yerə qayaraq polisə təslim olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.