Dünya

Moldova cənubdakı neft yataqlarına nəzarəti ələ keçirir

16 Dekabr 2023 21:14
Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova hökuməti ölkənin cənubundakı qaz və neft yataqlarını nəzarətə götürəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı təşəbbüs respublika parlamenti tərəfindən təsdiqlənib.

Qanun layihəsi Kantemir rayonunun Viktorovka kəndindəki qaz yataqlarına və Cahul rayonunun Valen kəndindəki neft mədənlərinə aiddir:

"Parlament ölkənin cənubundakı təbii qaz və xam neft yataqlarının istismarı ilə bağlı aktivlərin hökumətin nəzarətinə keçməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib", - məlumatda deyilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.