Dünya

Finlandiya ilə ABŞ-ın anlaşmasına Kremldən reaksiya

15 Dekabr 2023 19:29
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və Finlandiya arasında bağlanmış müdafiə sazişi Rusiya üçün təhlükə yaradacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"Bu baxımdan biz ancaq təəssüflənə bilərik, çünki Finlandiya ilə əla münasibətlərimiz var idi və heç kim heç kimə hədə-qorxu gəlməyib, heç bir problem olmayıb, bir-birimizə qarşı heç bir iddiamız olmayıb, heç kim bir-birinin maraqlarını pozmayıb, qarşılıqlı hörmət var idi.

Təbii ki, yeni müdafiə müqaviləsi Rusiya ilə Finlandiya arasında gərginliyin artmasına gətirib çıxaracaq", deyə Peskov bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.