Dünya

Avstraliyada təyyarə qəzası baş verib, ölənlər var

12 Dekabr 2023 08:25
Baxış: 715
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avstraliya qitəsinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 08:50-də (Bakı vaxtı ilə 01:50) Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində elektrik xətti ilə toqquşub.

Hadisə yerində polis əməkdaşları, o cümlədən təcili tibbi yardım briqadaları cəlb edilib. Təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.