Dünya

Muzeyə giriş bahalaşır - 6 ildən sonra

9 Dekabr 2023 08:18
Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 15-dən etibarən Parisdəki Luvr muzeyinə giriş biletinin qiyməti 15 avrodan 22 avroya qaldırılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, 2017-ci ildən sonra ilk qiymət artımıdır. Muzey 29%-lik qiymət artımını 6 illik inflyasiya ilə əsaslandırıb.

86 min kvadrat metr baxış sahəsi olan Luvr dünyanın ən çox ziyarət olun muzeyi hesab edilir. 2022-ci ildə 7,2 milyon ziyarətçi muzeyə 76,5 milyon avro pul ödəyib. Fransa vətəndaşlarının əksər kateqoriyaları üçün muzey pulsuzdur.

Gələn il muzeyə 8,7 milyon ziyarətçinin gələcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.