Dünya

Trampın kürəkəni Qətərə lobbiçilik edir və milyonlar qazanır

5 Dekabr 2023 15:50
Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ötən həftə çərşənbə günü Nyu Yorkda yəhudi iş adamları ilə görüşüb. Manhettendə "General Motors"un binasındakı "Coco" restoranında keçirilən bu xüsusi görüşdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və qızı İvanka Tramp da iştirak edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, görüş Qətər baş nazirinin keçən həftə BMT-nin Qəzza ilə bağlı toplantısı üçün Nyu-Yorkda olarkən təşkil edilib.

Bildirilir ki, Qətərlə digər Körfəz ölkələri arasında böhrana son qoymaq üçün aparılan danışıqlarda Kuşnerin vasitəçilik etməsi üçün Qətər şirkəti Kuşnerin özəl fonduna 200 milyon dollar vəsait köçürüb.

ABŞ prezidenti olduğu zaman Trampın müşaviri vəzifəsini tutan Kuşner vəzifədən getdikdən sonra xüsusi fond yaradıb və Körfəz ölkələrindən bu fonda milyardlarla dollar sərmayə alıb. Kuşnerin bu sərmayələr müqabilində ABŞ-da Körfəz ölkələri üçün lobbiçilik etdiyi barədə məlumatlar ABŞ mətbuatında yer alıb.

7 oktyabrdan sonra Qətərin HƏMAS ilə əlaqələrinin ABŞ-dakı Konqres üzvləri və yəhudi təşkilatları tərəfindən daha yaxından izləndiyi, Qətərin artan təzyiqlərlə üzləşdiyi, buna görə də Qətərin ABŞ-da lobbiçilik fəaliyyətini artırdığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.