Qəzza zolağında indiki intensivlikdə olan münaqişə ən azı iki ay davam edəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Onun sözlərinə görə, İsrail bir neçə ay ərzində anklavda əməliyyat keçirəcək, təmizlik işləri aparacaq və terrorçuların müqavimətini aradan qaldıracaq:
"HƏMAS-la mübarizənin yeganə yolu güc tətbiq etməkdir. HƏMAS-ın iki yolu var: tunellərdə və ya meydanda ölmək, ya da heç bir şərt olmadan təslim olmaq".
Nazir əlavə edib ki, ölkəsinin bu münaqişədə əsas məqsədi HƏMAS-ın artıq İsrailə mütəşəkkil hücumlar həyata keçirə biləcək hərbi təşkilat kimi fəaliyyət göstərməməsini təmin etməkdir.
Milli.Az