Dünya

Qırmızı dənizdə GƏRGİNLİK: ABŞ, İsrail və Britaniya...

3 Dekabr 2023 21:07
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəmənin "Ənsar Allah" silahlı qruplaşmasının husiləri Qırmızı dənizdəki Bab əl-Məndəb boğazında ticarət gəmisinə hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.

Nəşrin məlumatına görə, husilər Britaniya bayrağı altında üzən gəmiyə hücum ediblər və onun heyəti də Böyük Britaniya vətəndaşları olub.

Amerika və İsrail hərbi gəmilərinin hücumu dəf etdiyi qeyd edilir. Hücumun vaxtı barədə məlumat verilmir.

Bundan əvvəl husilər Qəzza zolağında atəşkəsin başa çatması fonunda İsrailə qarşı hücumları bərpa edəcəklərini açıqlamışdılar.

"Ənsar Allah" nümayəndəsi qeyd edib ki, qruplaşma İsrailin Fələstin xalqına qarşı təcavüzü dayanana qədər zərbələr endirməyə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.