Dünya

Xəstəlik daşıyan minlərlə siçovul şəhərə hücum etdi

25 Noyabr 2023 08:54
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Kvinslend ştatının Karumba şəhərində vəba da daxil olmaqla bir çox xəstəlik daşıyan gəmiricilər hücuma keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar maşınlara və binalara hücuma keçir, əkinləri məhv edir, insanlardan isə qətiyyən qorxmurlar. Həmçinin çimərlik, küçələr, səkilər, həmçinin dəniz suları siçovul meyitləri ilə doludur.

Bundan əlavə, qonşu Uinton şəhərində siçovulları yeməyə gələn çalağan quşlarının sayında artım müşahidə olunub. Quşların sayının kəskin artması səbəbindən yerli hava limanının əməkdaşları onları silahla qorxutmalı olurlar.

Şahidlərin sözlərinə görə, Karumbadan 350 km cənubda küçələrdə milyonlarla ölü siçovul var. Hər ölü siçovulu üç-dörd siçovul gəmirir.

Kvinslend ştatının özündə vəba daşıyan siçovullarla mübarizə bir neçə aydır ki, davam edir və yağışlı mövsüm, bol məhsul onların çoxalması üçün ideal şərait yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.