Dünya

Rusiya ilə gərginlik pik həddə: Sərhədlər bağlanır

16 Noyabr 2023 20:30
Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyanın cənub-şərqindəki sərhəd keçid məntəqələri cümə günündən şənbə gününə keçən gecə bağlanacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo və daxili işlər naziri Mari Rantanen bildiriblər.

Nazirlərin bu addımın ölkənin şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə atıldığını deyiblər.

Orpo Rusiya ilə sərhəddə İmatra, Nirala, Nuyima və Valimaa keçid məntəqələrinin bağlanacağına aydınlıq gətirib. Rantanen də öz növbəsində müvafiq qərara sığınacaq istəyən çoxlu sayda qaçqının səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, sərhəd zonası hazırda dinc ərazi olaraq qalır, sərhəddə vəziyyətə nəzarət olunacaq.

Finlandiya may ayında NATO-ya üzv olub, bundan sonra Rusiya ilə münasibətlər gərginləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.