Dünya

Bu ölkədə səkkiz saat ərzində iki dəfə zəlzələ oldu

13 Noyabr 2023 20:05
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistanda səkkiz saat ərzində iki dəfə zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, birinci zəlzələ yerli vaxtla 00:54-də (Bakı vaxtı ilə 23:54-də - red.) paytaxt Düşənbədən 215 km aralıda, Dağlıq Bədəxşan Muxtar Vilayətində dörd bal gücündə qeydə alınıb.

İkinci zəlzələ yerli vaxtla saat 08:34-də (Bakı vaxtı ilə 07:34-də - red.) 4,5 bal gücündə baş verib, episentri Düşənbədən 20 km aralıda, ocağı 15 km dərinlikdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.