Dünya

ABŞ-nin Suriyadakı bazaları atəşə tutuldu - Ölənlər var

13 Noyabr 2023 14:25
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Suriyanın şərqində və şimal-şərqindəki hərbi bazaları atəşə tutulub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində amerikalı hərbçilər arasında ölənlər olub. 

Məlumata görə, ABŞ-nin Deyr-əz-Zor vilayətində Koniko qaz yatağı yaxınlığında yerləşən hərbi bazasına 15 raket atılıb. Əsas olaraq hərbi qərargah və anbarlar hədəf alınıb. 10 helikopterin yaralı amerikalıları İraqda hərbi hospitala apardığı bildirilir. 

ABŞ-nin "Əş-Şaddadi" bazasına isə 3 pilotsuz uçuş aparatı ilə hücum edilib. Hücumlara görə məsuliyyəti "İraqın İslam müqaviməti" qruplaşması öz üzərinə götürüb. 

Həlak olanların və yaralıların dəqiq sayı açıqlanmayıb. 

Hərbi bazlara hücumun ABŞ-nin Suriyanın şərqindəki obyektlərə zərbələrinə cavab olduğu qeyd olunub. Belə ki, Pentaqon sözügedən obyektlərin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranyönümlü qruplaşmalar tərəfindən istifadə olunduğu iddia edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.